Ermənistan MN-dən yeni təlimat: Çağırışçılara xəstəlik sənədi verməyin

2017/12/456456_1514361339.jpg
Oxunub: 474     15:50     27 Dekabr 2017    
Ermənistanda axsayan çağırışçının valideynlərindən yazılı sübutlar tələb edilir.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Gümrü şəhər sakini Lernik Unoyan ayaq pəncəsində əlavə sümüklərin əmələ gəlməsi səbəbindən onurğa əyriliyi və görmə qabiliyyətində problemlər yaranıb.

Ermənistan baş hərbi komissarlığı onu məhdudiyyətlərlə hərbi xitmətə yararlı hesab edib. Çağırışçının anası Qayane Usikyan oğlunun təkrar müayinədən keçirilməsini xahiş edir.

Dekabrın 25-də Ermənistan Ədliyyə nazirliyi nəzdindəki ictimai şurada Usikyanın müarciətinə baxılıb. Onun ayağındakı çıxıntıları adi gözlə də görmək mümkündür. Komissiya üzvlərindən biri deyib ki, onu kənardan müşahidə edib, çağırışıçı bilərəkdən axsamır. Usikyanın ancaq yumşaq ayaqqabı geyinməsi mümkündür. İctimai şuranın sədri, müdafiə nazirinin məsləhətçisi Qeğam Harutyunyan çağırışçı Lernik Unoyanın bu vəziyyətdə xidmət edə bilməyəcəyini deyib.

Çağırışçının deformasiyaya uğramış ayağını nümayiş etdirməsi sübut sayılmadığı üçün ondan tibbi arayış istəyiblər. Gümrüdəki tibb mərkəzində müayinə zamanı, Usikyanın çağırışçı olduğunu bildikdə arayış verməkdən imtina ediblər. Travmatologiya və ortopediya mərkəzində isə “yerişində qismən çətinlik var” diaqnozu qoyulmaqla, hərbi xidmət keçə bilər rəyi verilib.

Lakin Usikyanın valideynləri bu diaqnozla razılaşmır. Komissiya tibbi arayış təqdim etdiyi halda dekabrın 27-də onu qəbul etməyə qərar verib. Helsinki Vətəndaş Assambleyasının nümayəndəsi Armine Sadikyan bildirib ki, mülki xəstəxanalar çağırışçılara arayış verməkdən imtina edirlər.

Nəticədə belə qənaətə gəlmək olar ki, Ermənistanda mülki xəstəxanalar çağırışçıları müayinə etməkdən ya imtina edir və ya bu müayinə haqqında sənəd təqdim etmir. Bu nazirlik tərkibindən belə bir göstərişin olmasından xəbər verir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Erməni-ordusu   Xəstə-çağırışçılar   Etiraz  


Bizi "telegram"da izləyin