“ABŞ-ın Suriyadakı mövcudluğu ölkənin vahidliyi üçün təhlükədir” - Lavrov

2017/12/234234_1514191775.jpg
Oxunub: 371     16:48     25 Dekabr 2017    
“ABŞ İŞİD terror qruplaşmasının məhvindən sonra Suriyada qeyri-qanuni hərbi mövcudluğunu saxlaması siyasi prosesə mane olmaqla yanaşı, ölkənin vahidliyini sual altına alır”.

Ordu.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov bəyan edib.

“Dekabrın 11-də Vladimir Putin Hmeymim aviabazasında hərbçilər qarşısında çıxış edərkən Suriyadan Rusiya qoşunlarının çıxarılması barədə qərar verdi. Bunun səbəbi isə artıq İŞİD terror qruplaşmasının məhv edilməsi idi. Daha sonra ABŞ prezidenti Donald Tramp da bəyan etdi ki, Suriya və İraqda demək olar 100 faiz ərazi İŞİD-dən azad edilib”, - deyə Lavrov bildirib.

Rusiyalı nazir qeyd edib ki, Trampın bu bəyanatına baxmayaraq Amerika hərbçiləri hələ də hər iki ölkədə hərbi mövcudluqlarını saxlayırlar.

“İŞİD-in məhvindən sonra Suriyada hərbi mövcudluğu saxlamaq üçün bəhanələr tənqidlərə tab gətirmir. Amerika əsgərlərinin qeyri-qanuni hərbi mövcudluğu praktiki planda Suriyanın vahidliyini sual altına alır və siyasi tənzimlənmə yolunda ciddi maneələr yaradır”, - deyə Lavrov qeyd edib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Lavrov   Suriya-böhranı   ABŞ   İŞİD  


Bizi "telegram"da izləyin