Prezident: "Münaqişə ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır"

2017/12/15138428591549420613_1000x669_1513852790_1513856583.jpg
Oxunub: 439     19:42     21 Dekabr 2017    
“Multikulturalizm Azərbaycanın dövlət siyasətidir. Eyni zamanda həyat tərzidir”.

Ordu.az Azvision.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev “2017 - İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfransda deyib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə danışan prezident bildirib ki, münaqişə yalnız beynəlxalq hüquq, norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.

Ölkəmizin siyasi, iqtisadi və sosial sahədə qazandığı uğurlarından söz açan prezident İlham Əliyev Azərbaycanın gələcək inkişafı ilə bağlı cəmiyyətdə nikbin fikirlərin olduğunu bildirdi: “Reallaşdırılan nəhəng layihələr ölkəmizin uzunmüddətli, dayanıqlı və uğurlu inkişafını dəstəkləyir, Azərbaycan önəmli nəqliyyat mərkəzinə çevrilir”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Prezident   İlham-Əliyev  


Bizi "telegram"da izləyin