Erməni mayorlar Qarabağda müffətişləri döydü - Zorakılıq faktı

2017/12/1501317867_ermeniesg_1507974290645645_1513664284.jpg
Oxunub: 518     14:14     19 Dekabr 2017    
İşğal altında olan Qarabağda 2 erməni mayor avtomobil müffətişlərini döyərək, onları təhqir ediblər.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, işğal altında olan Hadrut qəsəbəsində dislokasiya olunan qanunsuz hərbi birləşmənin divizion komandirləri mayor S. Abraham və P. Andranik avtomobil müffətişliyinin əməkdaşlarını döyməkdə və təhqir etməkdə günahkar bilinirlər.

Rəsmi ittihama görə, iyulun 14-də saat 10:00 radələrində Ermənistan ordusunun hərbi qulluqçuları Abraham və Andranik avtomobil müffətişliyi əməkdaşları Sasun və Armana qarşı zorakılıq hərəkətləri ediblər.

Fakt üzrə qaldırılımış cinayət işinə Sünik məhkəməsində baxılıb. Ermənistan ordusunun hərbi qulluqçuları onlara qarşı irəli sürülən ittihamı qəbul ediblər.

Sünik məhkəməsi onların hər ikisini zorakılıq hərəkətlərində günahkar bilərək, Abrahamın 300 min, Andranikin isə 150 min dram həcmində cərimə edilməsinə dair hökm verib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Erməni-hərbçi   Qarabağ   Zorakılıq  


Bizi "telegram"da izləyin