Avstraliyadan KXDR-ə raket hissələri satılıb? – Cəsus tutuldu

2017/12/Secret-Agent-Feature-800_2609722w452345_1513595940.jpg
Oxunub: 464     19:17     18 Dekabr 2017    
Cənubi Koreyada doğmuş Sidneyli şəxs Şimali Koreya üçün iqtisadi cəsus kimi Avstraliyada fəaliyyət göstərməkdə ittiham olunur.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, həmin şəxsin ballistik raketlərin elementlərini satmaqda Pxenyan üçün vasitəçiliyə cəhd etdiyi iddia edilir.

Avstraliya Federal Polisi bildirib ki, 59 yaşlı Avstraliyalı Çan Xan Çoy şifrəli rabitə vasitələrindən istifadə edərək, milyonlarla dollar dəyərində kütləvi qırğın silahlarının tədarükü məsələlərini müzakirə edib. Onun bu fəaliyyəti BMT və Avstraliyanın Şimali Koreyaya qarşı tətbiq etdiyi sanksiyaları pozub.

Çan Xan Pxenyana gəlir qazandırmaq məqsədilə ballistik raketlərdə istifadə olunan kompüter proqramlarının satışını həyata keçirib.

Avstraliyalının Baş Naziri Malkolm Törnbal hadisənin çox ciddi məsələ olması ilə bağlı Federal Polisin nümayəndəsi Andrü Kolvin tərəfindən məlumatlandırılıb. Kolvin əlavə edib ki, Şimali Koreyaya köməklik etmək istəyən hər kəs üzə çıxarılacaq.

“Şimali Koreya son dərəcə təhlükəli, cinayətkar rejimdir. O, regiondakı sülhə hədədir. Avstraliya BMT-nin sanksiyalarını dəstəkləməklə, bu ölkəyə kömür, silah, dərman və s. kimi heç bir məmulat satmır”, - deyə Törnbal bildirib.

Çan Xan 6 maddə üzrə Şimali Koreya raketlərinin hissələrini satmaqda və bu ölkədən İndoneziya və Vyetnama kömür ixracına şərait yaratmaqla kömək etməkdə ittiham olunur.

Avstraliya polisi İndoneziya və Vyetnam hökumətlərindən bəzi şəxslərin də bu məsələdə əlinin olduğunu bildirib.

Çan Xana 10 ilə qədər həbs cəzası veriləcəyi gözlənilir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KXDR   Avstraliya   Nüvə   Cəsus  


Bizi "telegram"da izləyin