Erməni əsgər atası: "Oğluma həb verib, onu qəsdən öldürdülər"

2017/12/213123_1513578926.jpg
Oxunub: 463     14:32     18 Dekabr 2017    
"Ordu mənim iki övladımı əlimdən alıb, daha orduya veriləcək övladım yoxdur".

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə ölən erəni əsgər Norayr Sahakyanın atası Nver Sahakyan jurnalistlərə açıqlamasında bildirib.

Nver, 2012-ci il dekabrın 21-də oğlunun orduya çağırıldığını bildirib. Səhhətində heç bir problemi olmayan oğluna çağırış məntəqəsində vurulan altı iynədən sonra onun hərarəti qalxıb.

Erməni əsgər, çağırış məntəqəsində həkim Karen Culhakyana hərarətinin olduğunu deyib, ona bir həb verilərək işğal altında olan Qarabağa hərbi xidmətə göndərilib. Qarabağa gedərkən yolboyu təkrar özünü pis hiss edib, ora çatdıqdan sonra onu Xankəndi hospitalına göndərilib. Lakin həkimlər erməni əsgərə yardım etməyib. Sahakyan işğalçı orduda cəmi 48 saat xidmət etdikdən sonra ölüb. Sahakyan erməni həkimlərin oğluna qəsdən həb verib öldürdüklərini bildirib.

Ölüm faktı üzrə çağırış məntəqəsinin cavabdeh növbətçi həkimi mayor Karen Culhakyana, onu yolboyu müşayiət edən gizir Varujan Manasyana, çağırış məntəqəsinin növbətçi həkimi Arkadi Çaxoyana və İvanovo yaşayış məntəqəsi xəstəxanasının infeksiya bölməsinin rəisi Mher Davidyana qarşı cinayət işi qaldırılıb.

Məhkəmə qərarı ilə onlardan 4 nəfər azadlıqdan şərti mərhum edilib. Ölən erməni əsgərinin atası Nver Sahakyan bildirib ki, şərti məhkum edilən Varujan Manasyanın vəkili apelyasiya məhkəməsinə birinci instansiya məhkəməsinin qərarından şikayət verib.

Xatırladaq ki, 2012-ci il dekabrın 21-də Ermənistan ordusunda 48 saat hərbi xidmətdən sonra Norayr Sahakyan ölüb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Erməni-ordusu   Ölüm   Qarabağ  


Bizi "telegram"da izləyin