Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Çin TV-nin qonağı olan Cənubi Koreya prezidenti Mun Ci bildirib.
Səfərin əsas məqsədinin ortaq etibarın yenidən qurulması olduğunu deyən Mun söz verib ki, THAAD-lar Çinin hərbi maraqlarını pozmur.
“Cənubi Koreya THAAD-ların yerləşdirilməsində Şimali Koreyadan müdafiə olunmaqdan başqa niyyətinin olmadığına və Çinin hərbi maraqlarının pozulmayacağına dair ÇXR-i əmin etmək üçün xüsusi səy göstərəcək”, - deyə o bildirib.
Şimali Koreyanının provakativ fəaliyyəti davam etdirmək və öz raket komplekslərini sürətlə inkişaf etdirməklə vəziyyəti durmadan pisləşdirdiyini söyləyən Mun Çinin Cənubi Koreyanın mövqeyini də nəzərə alacağına ümidvar olduğunu bildirib.
Ağalar Ağalarlı
Ordu.az