Ordu.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, görüşün əsas mövzusu Liviya daxilində baş verən münaqişənin tənzimlənməsi olacaq.
Qeyd edək ki, 17 dekabr 2015-ci ildə Mərakeşin Sxerat şəhərində Liviya Ümummilli Konqresi və parlamentinin nümayəndələri arasında münaqişənin dinc yolla nizamlanması və milli birlik hökumətinin yaradılması haqqında sülh sazişi imzalanıb.
Lavrov və Siyal arasında müzakirənin də məhv bu saziş üzərində ölkədə vəziyyətin tənzimlənməsindən gedəcəyi bildirilir.
Ağalar Qəribov
Ordu.az