Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti bəyan edib.
“Bir müddət əvvəl Xoş-Aşkelon” ərazisində (İsrailin Qəzzaya yaxın rayonu – red.) hava həyəcanı siqnalı işə düşdü. “Dəmir Qübbə” hava hücumundan müdafiə sistemi atılan raketi zərərsizləşdirdi”, - deyə məlumatda bildirilir.
Qeyd edək ki, bu hücumdan bir qədər sonra – səhər saatlarında İsrail tank və təyyarələri Qəzza regionunun şimalında HƏMAS mövqelərinə cavab atəşi açıb.
“İsrail ərazisinin raket atəşinə tutulmasına cavab olaraq Hərbi Hava Qüvvələrinin tank və təyyarələri HƏMAS-ın hərbi obyektlərini atəşə tutub”, - deyə İsrail Müdafiə Nazirliyi vurğulayıb.
Ağalar Qəribov
Ordu.az