Çinin ABŞ-dakı səfiri: “Çin Tayvana qarşı hərbi gücdən istifadə edəcək”

2017/12/china2-640x480345345_1513059193.png
Oxunub: 460     14:11     12 Dekabr 2017    
“Əgər Tayvan ABŞ donanma gəmilərini öz limanlarına buraxsa, Çin hərbi gücdən istifadə edəcək”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Çinin ABŞ-dakı səfiri Li Kexin açıqlama verib.

O, Tayvan rəsmilərinə xəbərdarlıq edərək bildirib ki, ABŞ-ın Tayvanda istənilən formada varlığı Çinin bölünməzlik qanununa ziddir.

“Çin Tayvan, yaxud Çin Respublikasını suveren bir dövlət yox, özünün bir vilayəti kimi görür. Birləşmiş Ştatlar Pekinin Tayvanın müstəqilliyini tanımadan onunla sərbəst diplomatik əlaqələrə izn verən “Vahid Çin” siyasəti altında fəaliyyət göstərir”, - deyə Li bildirib.

Çinin dövlət orqanları məlumat yayıb ki, Li ABŞ gəmilərinin Tayvana yan almasının Çinin bölünməzlik qanununun pozulması olduğu ilə bağlı ABŞ-a da xəbərdarlıq edib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   Tayvan  


Bizi "telegram"da izləyin