ABŞ koalisiyası Rusiya ilə əlaqə kanallarını saxlayacaq

2017/12/1491155881234234_1513058773.jpg
Oxunub: 346     14:03     12 Dekabr 2017    
“Vaşinqton və Moskva Suriya səmasında fövqəladə hallarında qarşısının alınması üçün müdafiə nazirlikləri səviyyəsində əlaqə kanallarını saxlayacaqlar”.

Ordu.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Pentaqon nümayəndəsi Erik Pexon bəyan edib.

“Beynəlxalq antiterror koalisiyası münaqişələrin qarşısının alınması məqsədilə Rusiya Federasiyası ilə rabitə mexanizminin saxlanılmasına müsbət yanaşır”, - deyə Pexon bildirib.

O həmçinin qeyd edib ki, nəzərdə tutulan mexanizm hər hansı qəbul edilən daimi sərhədlərə malik deyil. Bununla belə, coğrafi cəhətdən prioritet ərazilər dəyişdirilə və ya ləğv edilə bilər.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya-böhranı   ABŞ-Rusiya  


Bizi "telegram"da izləyin