NYT: Nüvə sazişi diplomatiyanın münaqişə üzərində çaldığı nadir qələbələrdəndir

2017/12/reüreür_1513017205.jpg
Oxunub: 482     02:24     12 Dekabr 2017    
“Nüvə Sazişi münaqişə üzərində diplomatiyanın nadir qələbələrindən biri idi. Avropa ABŞ-la eyni mövqe tutmaqdansa, nüvə sazişinin davamlılığına kömək etməlidir”.

Ordu.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Naziri Məhəmməd Cavad Zərif “New York times” qəzetində dərc olunan məqaləsində bildirib.

“İki il öncə Vyanada ABŞ, Avropa İttifaqı və 5 qlobal güclə bağlanmış müqavilədən bir neçə saat öncə tvitter hesabımda “bu bir sağlam təməlin atılmasıdır” açıqlamasını etdim. Təəssüf ki, geridə qalan 11 ay ərzində İranın xoş niyyətləri Tramp administrasiyası tərəfindən sadəcə aqressiya ilə qarşılanıb. Bizim əsas narahatlığımız ABŞ-ı izləyən Avropa ölkələrinin nüvə sazişindən üz döndərməsidir. Nüvə sazişi və Yaxın şərq daha kəskin region halını aldıqca bizim eyni tarixi təkrarlamağımız çətin olacaq.

2015-ci ildəki nüvə sazişinə gətirib çıxaran danışıqlardan əvvəl 10 ildən uzun müddət ərzində İran Britaniya, Fransa və Almaniya ilə həmin müzakirələri aparıb. Avropa diplomatları Buş administrasiyasından diplomatiyaya bir şans verməsini istəyirdilər. Eyni zamanda bizim uranın zənginləşdirilməsi proqramımızı müvəqqəti olaraq dayandırmağımızı xahiş edirdilər. Biz onda razılaşdıq.

Lakin Amerikalıların vəziyyəti daha da çətinləşdirdi və Avropalılar öz danışıq tərzlərini dəyişdilər. Danışıqların ikinci ilindən sonra ABŞ tərəfindən təzyiqə məruz qalan Böyük Britaniya, Fransa və Almaniya gözlənilmədən bizdən öz proqramımızı ləğv etməyi tələb etməyə başladı.

Bu müddət ərzində həyata keçirilən görüşlər nəticəsiz qaldı. Lakin 2013-cü ildə biz yenidən danışıqlara razı olduq, lakin bu dəfə birbaşa ABŞ-la. Onda İran artıq öz sentrifuqalarının sayını 2005-ci ildəki sayı olan 200-dən 20000-ə artırmışdı. Artıq uranın zənginləşdirilməsi proqramından söz belə gedə bilməzdi.

Məhz bu zamanda əldə olunan nüvə sazişi diplomatiyanın müharibə üzərində çaldığı nadir qələbələrdən biridir.

Heç bir İran hökuməti xalqımızı müdafiəsiz qoymayacaq. Beynəlxalq cəmiyyət, xüsusilə Avropa bunu anlamalı və dünyanın gerçək təhlükələri üzərində fokuslanmalıdır”, - deyə Zərif öz məqaləsində qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Nüvə-Sazişi  


Bizi "telegram"da izləyin