İran Yəmənə raket verilməsi iddialarını rədd edir

2017/12/husiler-seud-qiricisini-vurdular-11552terte_1513012715.jpg
Oxunub: 478     01:16     12 Dekabr 2017    
İranın Xarici İşlər Nazirliyi qərb KİV-lərinin Səudiyyə Ərəbistanında partladılmış raketin Yəmənə İran tərəfindən verildiyinə dair iddialarını bir daha rədd edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Bəhram Qasəmi Tehranda baş tutan mətbuat konfransında açıqlama verib.

“BMT-nin araşdırma komandalarından birinə əsaslanan hesabatlar saxtadır və heç bir həqiqət payı yoxdur. Biz Yəmən xalqını mənəvi olaraq dəstəkləyir və bu iddiaları rədd edirik. Yəməndə baş verən hadisələr bu ölkənin və onun xalqının daxili işidir”, - deyə Qasəmi bildirib

Yəməndəki vəziyyətin təhlükələrini yada salan Qasəmi bu hadisələrin Səudiyyə Ərəbistanın müdaxiləsindən qaynaqlandığını və İranın ən qısa zamanda bu hadisənin başa çatmasını arzuladığını vurğulayıb.

Xatırladaq ki, bir müddət öncə BMT-dən verilən hesabatda Husi qiyamçıları tərəfindən Səudiyyə Ərəbistanında partladılan 4 ballistik raketin onlara Riyadın regiondakı əsas rəqibi İran tərəfindən verildiyi bildirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   BMT   Raket  


Bizi "telegram"da izləyin