Doklamda Çin qoşunlarının daimi bazaları qurulacaq

2017/12/doklamüerüer_1513011138.jpg
Oxunub: 485     00:50     12 Dekabr 2017    
Çin xarici işlər naziri Vanq Yi Rusiya, Hindistan və Çin xarici işlər nazirlərinin görüşünə qatılmaq məqsədilə Dehliyə çatan kimi, KİV-lər Doklamda 1600-1800 Çin əsgərinin daimi bazasının yerləşdirildiyi barədə məlumat yayıblar.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Hindistan və Çin iyun ayında 73 günlük qarşıdurmaya girib. Qarşıdurma 28 avqustda başa çatsa da, iki həftə öncə Çin Doklam yaxınlığında əhəmiyyətli sayda qoşun saxladığını açıqlayıb.

Məlumatlarda bildirilir ki, Hindistan və Çin adətən, qış vaxtı qoşunlarını geri çəksə də, bu dəfə qoşunlar hələ də Doklamda qalıb.

Çin müdafiə nazirliyinin mətbuat xidmətinin rəhbəri Col Vu Qian bildirib ki, Doklam Çin ərazisidir və buna görə də Çin öz qoşunlarını bölgəyə yerləşdirməyi qərara alacaq.

Bundan sonra Hindistan ordusu Çin Xalq Azadlıq Ordusunun qoşunlarının bölgədə olduğu müddətcə Hindistan-Çin sərhədindəki infrastrukturlarnı möhkəmləndirməyi qərara alıb.

Hindistan KİV-ləri xəbər verir ki, şimal zonasındakı dağlıq ərazilərdə aparılan əməliyyatlara dəstək üçün bölgəyə 100 ekskavator gətirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Doklam   Çin-Hindistan  


Bizi "telegram"da izləyin