Cənubi Koreya BQ rəisi BƏƏ-dəki Koreya qoşunlarına baş çəkib

2017/12/southkoreansoldiers32432_1513010162.jpg
Oxunub: 372     00:31     12 Dekabr 2017    
Cənubi Koreya Baş Qərargah rəisi İm Conq Siyok Cənubi Koreyanın BƏƏ-dəki qoşunlarına baş çəkib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, qoşunlara baş çəkməzdən əvvəl İm Əbu Dabi kralı Məhəmməd bin Zayid Əl Nayanı ziyarət edib.

Günün irəliləyən saatlarında Livana səfər edən İm buradakı BMT sülhməramlılarının Donqmyonqdakı bazasına da baş çəkib.

O, həmçinin, Livan prezidenti Mişel Ayona zəng edərək ikitərəfli diplomatik məsələləri müzakirə edib. Baş Qərargah rəisi sabah Cənubi Koreyaya geri dönəcək.

Xatırladaq ki, Cənubi Koreyanın 130 əsgəri fövqəladə halla bağlı ərazidəki koreyalıları müdafiə etmək və BƏƏ xüsusi qüvvələrinin təlimlərinə dəstək vermək məqsədilə 2011-ci ilin yanvarından etibarən bu ölkədə yerləşdirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Koreya   BƏƏ  


Bizi "telegram"da izləyin