Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Slovakiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Növbəti ilin ilk yarısında Slovakiyada 28 NATO təlimi keçiriləcək. Bu təlimlər beynəlxalq xarakter daşıyacaq”, - deyə məlumatda bildirilir.
2018-ci ilin mart ayında Slovakiyada radiasiya və kimyəvi müdafiə bölmələrinin təlimlərinin keçirilməsi planlaşdırılıb. Təlimlərdə Slovakiya Silahlı Qüvvələri ilə yanaşı olaraq ABŞ, Böyük Britaniya və Çexiya ordularının hərbi quluqçuları iştirak edəcək.
Ordu.az