“Rusiya və Yaponiya müdafiə nazirlikləri ölkələr arasında çarpaz il elan edilən 2018-ci ildə, birgə 27 tədbir keçirəcək”.
Ordu.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya müdafiə nazirinin müavini, ordu generalı Valeri Gerasimov Yapiniya müdafiə naziri İtsunori Onodera ilə görüşün nəticələrinə həsr edilən mətbuat konfransında bəyan edib.
“Növbəti il üçün ikitərəfli hərbi əməkdaşlıq çərçivəsində 27 birgə tədbir keçirmək barədə razılığa gəldik. Onların Yaponiya tərəfinin dəstəyi ilə tam həcmdə realizə olunmasına ümid edirik”, - deyə Gerasimov vurğulayıb.
Ağalar Qəribov
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Rusiya-Yaponiya
MN