Rusiya XİN: “Moskva “Rusiya-Hindistan-Çin” formatında əməkdaşlığa ümid edir”

2017/12/large_222ce7b43a345345_1512996387.jpg
Oxunub: 367     20:23     11 Dekabr 2017    
“Moskva “Rusiya – Hindistan – Çin” formatı çərçivəsində çoxplanlı əməkdaşlığın inkişaf edəcəyinə, o cümlədən qlobal və regional təhlükəsizliyin təmini üçün beynəlxalq arenada irəliləyişə nail olunacağına ümid edir”.

Ordu.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov üç ölkənin xarici işlər nazirlərinin plenar iclası çərçivəsində bəyan edib.

Onun sözlərinə görə, bu format Asiya-Sakit okean regionunda bərabərlik və birgə təhlükəsizlik prinsiplərinə dayanmalı olan dövlətlərarası münasibətlərinin mükəmməl memarlığı üzrə ümumregional lokomativ oldu.

“Geridə qalan zaman ərzində üçrətəfli formatda qarşılıqlı fəaliyyətin genişləndirilməsində əhəmiyyətli uğur qazanılıb. Bununla belə biz əldə olunanlarla kifayətlənmək niyyətində deyilik”, - deyə Lavrov qeyd edib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin