Ordu.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov “Rusiya – Hindistan – Çin” formatında görüş çərçivəsində bəyan edib.
“Terrorizmlə onun istənilən forma və mövcudluğuna, o cümlədən terrorçu ideologiyaların yayılmasına qarşı güzəştsiz, alternativsiz mübarizə zəruridir. Rusiya, Hindistan və Çin digər müttəfiqləri ilə xarici terrorçulara və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə təcrübələrini bölüşməyə hazırdır”, - deyə Lavrov bildirib.
Rusiya xarici işlər naziri həmçinin Suriyada baş verən müsbət dəyişikliklərdən də bəhs edib.
Ağalar Qəribov
Ordu.az