WP: ABŞ hələ 10 il öncə KXDR-də bioloji silahın olduğunu bilirdi

2017/12/xw_1406120456456_1512981575.jpg
Oxunub: 377     16:37     11 Dekabr 2017    
Amerika kəşfiyyatı hələ 10 il əvvəl ABŞ Konqresinə KXDR-də gizli şəkildə bioloji silahın hazırlanması barədə hesabat təqdim etmişdi.

Ordu.az xəbər verir ki, bu barədə “Washington Post” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, hesabat 2006-cı ildə KXDR-in ilk nüvə sınağından 5 ay öncə təqdim edilib. Hesabata əsasən, həmin vaxt Şimali Koreya alim qrupları formalaşdırırdı, lakin təxmin etmək olar ki, o zaman texniki bilik və bacarıqlar yetərincə deyildi.

“Hazırda Pxenyanın resursları özünə biotexnoloji infrastrukturu daxil edir”, - deyə 2006-cı ildə təqdim edilən hesabatda qeyd edilib.

Lakin həmin vaxt Konqres senatorları bu hesabatı ciddi qəbul etməyiblər.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin