Zaxarova: “Sizin “uğurlarınız” İraq, Liviya və Əfqanıstandır...”

2017/12/151033353856456_1512975180.jpg
Oxunub: 461     14:50     11 Dekabr 2017    
“Rusiyanın Qərbdən olan müttəfiqləri Moskvanın Suriyadakı uğurlarına kölgə salmağa çalışmaqdansa, İraq, Liviya və Əfqanıstandakı nailiyyətlərini xatırlamalıdırlar”.

Ordu.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib.

Zaxarovna bu barədə şəxsi “Facebook” səhifəsində paylaşım edərək Mixail Bulqakovun “İt ürəyi” romanından sitat gətirib:

“ – Alnınızdakı çapığın səbəbi nədir? Bu xanıma izah etmək üçün əziyyət çəkin, - deyə Filip Filipoviç oğruncasına soruşda.

Şarikov va-bank oynadı:
- Kolçakov cəbhəsində yaralanmışam, - deyə o, qətiyyətlə dedi.
- Kifayətdir! – deyə Filip Filipoviç ardınca bağırdı”.

“Kifayətdir, cənablar! Sizin “uğurlarınız” İraq, Liviya və Əfqanıstandır. Onlarla da fəxr edin”, - deyə ardınca Zaxarova qeyd edib.


Qeyd edək ki, daha öncə Rusiya Müdafiə Nazirliyi ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın Rusiyanın Suriyadakı qələbədə rolunun olmadığına dair bəyanatına cavab verərək koalisiyanın mövcud olduğu 3 il ərzində Rəqqa şəhərini onun dinc sakinləri ilə birgə bombalamaqdan başqa heç bir fayda vermədiyini bildirib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zaxarova   ABŞ-Rusiya  


Bizi "telegram"da izləyin