ABŞ və Cənubi Koreya tarixdə ən böyük birgə hərbi təlimlər keçirəcək

2017/12/4545645_1512365671.jpg
Oxunub: 1594     13:30     04 Dekabr 2017    
ABŞ və Cənubi Koreya KXDR-in raket sınaqları fonunda bu gün “Vigilant ACE” adlı hərbi təlim keçirəcək.

Ordu.az xəbər verir ki, bu barədə Cənubi Koreya KİV-ləri xəbər verir.

Bildirilir ki, bu ölkələr arasında keçirilən hərbi təlimlər tarixi ərzində ən irimiqyaslı hərbi təlimdir – onlarda bir hissəsi ABŞ istehsalı F-22 gözəgörünməz qırıcıları olan 230 yaxın təyyarənin iştirakı nəzərdə tutulur.

Cənubi Koreya Müdafiə Nazirliyinin xəbər verdiyi kimi, bu təlimlər Seul və Vaşinqtonun Şimali Koreyanın ballistik raket provokasiyalarına qarşı reaksiyasını müəyyənləşdirmək xarakteri daşıyır.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   KXDR   Təlimlər  


Bizi "telegram"da izləyin