Poroşenko elan etdi: Ukrayna NATO-ya qoşulmaq üçün referendum keçirəcək

2017/12/23423423_1512207439.jpg
Oxunub: 502     17:51     02 Dekabr 2017    
“Ukrayna yaxın vaxtlarda NATO-ya qoşulmaq və Avropa İttifaqına üzv olmaqla bağlı referendum keçirəcək”.


Ordu.az “Unian” informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidenti Petro Poroşenko deyib. O, referendumun keçiriləcəyinə şübhə etmədiyini bildirib.

“Biz Avro-Atlantik inteqrasiyaya möhkəm bağlıyıq. Mən heç bir şübhə duymuram ki, Ukrayna yaxın vaxtlarda NATO-ya qoşulmaq və Avropa İttifaqına üzv olmaqla bağlı referendum keçirəcək. Hesab edirəm ki, səsvermənin nəticələri Ukraynanın müstəqilliyi ilə bağlı keçirilmiş referendum nəticəsi kimi məmnunedici və müsbət olacaq”, - deyə Poroşenko bəyan edib.

Ağalar Ağalarlı
Ordu.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Poroşenko   Ukrayna   NATO  


Bizi "telegram"da izləyin