Ordu.az “dawn.com” saytına istinadən xəbər verir ki, növbəti həftə ərzində Mettis daha üç ölkəyə səfər edəcək. ABŞ Müdafiə Nazirliyinin verdiyi mətbuat konfransında bəyan olunub ki, səfərin məqsədi ABŞ-ın Yaxın Şərq, Qərbi Afrika və Cənubi Asiyadakı tərəfdaşlıqlarına sadiq qaldığını bir daha təsdiqləməkdir.
Bəyanatda bildirilir ki, Mettis Baş Nazir Şahid Xaqan Abbasi və Baş Qərargah rəisi general Qəmər Cavid Bacua ilə görüşəcək.
Mettis öz səfərinə bazar günü Misirdə başlayacaq. O, dekabrın 2-də Misir prezidenti Əbdül əl-Fəttah əl-Sisi və müdafiə naziri ilə görüşəcək.
Daha sonra Qərbi Afrikadakı ekstremizmlə mübarizə mövzusunda İordaniya kralı İkinci Abdullahın təşkil etdiyi görüşdə iştirak etmək üçün dekabrın 3-də İordaniyaya gedəcək.
Pakistan ziyarətindən sonra isə müdafiə naziri öz səfərini Küveytdə bitirəcək. O, burada dekabrın 5-də Əmir Şeyx Sabah əl-Əhməd əl-Sabah və digər liderlərlə görüşəcək.
Ağalar Ağalarlı
Ordu.az