Ordu.az Kremlin rəsmi saytına istinadən xəbər verir ki, bu, Xaçaturovun KTMT-nin baş katibi qismində Putinlə ilk görüşüdür.
Gözlənildiyi kimi, noyabrın 30-u Minskdə keçiriləcək sammit ərəfəsində təşkilatın üzvü olan ölkələrə səfər gerçəkləşdirir.
Xatırladaq ki, Xaçaturov KTMT-nin baş katibi vəzifəsinə 14 aprel 2017-ci ildə Kollektiv Təhlükəsizlik Şurasının qərarı ilə 3 il müddətinə təyin edilib.
Ağalar Qəribov
Ordu.az