Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana taxıl və gübrə göndəriləcək

2026/05/1780039686.jpg
Oxunub: 167     10:08     04 İyun 2026    
Bu gün Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə taxıl və gübrə göndəriləcək.

Ordu.az xəbər verir ki, bu ölkəyə 3 vaqon buğda, 2 vaqon arpa və 1 vaqon gübrə tədarük olunacaq.

Qatar saat 14:00-da "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından yola düşəcək, Böyük Kəsik stansiyasından Gürcüstana keçəcək, oradan isə Ermənistan istiqamətində hərəkət edəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Rusiya   Ermənistan  


Bizi "telegram"da izləyin