Misir ordusu terrorçuların silah bazalarını məhv edib

2017/11/1509561583345345_1511590056.png
Oxunub: 465     14:05     25 Noyabr 2017    
Misir Hərbi Hava Qüvvələri Sinayın şimalında yerləşən ər-Rəvad məscidində terror hadisəsinin törədilməsinə aidiyyəti olan bir neçə nəqliyyat vasitəsini və terrorçuların bir neçə silah və hərbi sursat anbarını aviazərbələrlə məhv edib.

Ordu.az “RİA Novosti” saytına istinadən xəbər verir ki, bu barədə “Al Arabiya” agentliyi məlumat yayıb.

“Ər-Rəvad məscidində dua edən şəxslərin üzərinə edilən hücuma cavabdeh olan terrorçuların izlənilməsi nəticəsində hava qüvvələri terror hadisəsinə aidiyyəti olan bir neçə nəqliyyat vasitəsini məhv ediblər. Həmçinin terrorçuların silah və hərbi sursat bazaları bütünlükdə məhv edilib”, - deyə telekanalın məlumatında bildirilir.

Bildirilir ki, terror hadisəsindən sonra hökumət qüvvələri bu yaxınlarda açılan Misir və Qaz Sektoru sərhəddi yaxınlığındakı Rəfax şəhərində nəzarət-buraxılış məntəqəsini bağlayıblar.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Misir   HHQ   Terror  


Bizi "telegram"da izləyin