Ordu.az “Mehr” agentliyinə istinadən xəbər verir ki, Xamenei Suriyada İranla Rusiya arasında əməkdaşlığının müsbət təcrübə olduğunu qeyd edib. Onun sözlərinə görə, bu, Tehranla Moskvanın çətin məsələlərdə birgə qərar verə bildiklərini göstərir.
Qeyd edək ki, dünən Rusiya prezidenti Tehranda keçirilən Rusiya-İran-Azərbaycan sammitində iştirak edib.
Xamenei Rusiya prezidentini güclü şəxsiyyət adlandıraraq qeyd edib ki, Rusiyanın böyük nəticələr əldə etməyə qadir nəhəng dövlət olmasının əsas səbəbi Putinin verdiyi qərarlar və göstərdiyi fəaliyyətlərdir.
Ağalar Qəribov
Ordu.az