Ordu.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov TASS agentliyinə açıqlamasında deyib.
Onun sözlərinə görə, Rusiya və Ermənistan əsrlər boyu qonşu və qardaş ölkələr kimi inkişaf edib, bu səbəbdən də iki xalq arasında güclü bağlar formalaşıb.
“Uzun əsrlər boyunca Rusiya və Ermənistan qonşu, qardaş ölkələr olublar. Bu baxımdan biz bir-birimizlə sıx bağlıyıq. Ölkəmizdə çoxlu erməni yaşayır, Ermənistanda da ruslar yaşayır. Bizi həmçinin çox yaxşı inteqrasiya prosesi birləşdirir. Biz əminik ki, bu inteqrasiya prosesi, yəni Avrasiya İqtisadi Birliyi, hər il Ermənistanın ÜDM artımına əhəmiyyətli töhfə verir”, - deyə Peskov vurğulayıb.
Kreml sözçüsü əlavə edib ki, Moskva İrəvanla əməkdaşlığın davam etdirilməsində maraqlıdır və bu istiqamətdə fəaliyyətini davam etdirəcək.
“Bizim çoxlu ortaq işlərimiz var. Rusiya olaraq Ermənistanda ciddi investorlarıq. Buna görə də qarşıda görüləcək çox iş var və münasibətlər inkişaf etməyə davam edəcək”, - deyə o qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az