KTMT: Ermənistan ətrafında Qərbin qeyri-dost addımları vəziyyətin gərginləşməsinə səbəb ola bilər

2026/06/1782296031.jpg
Oxunub: 207     14:07     24 İyun 2026    
“Qərb ölkələrinin Ermənistan ətrafında həyata keçirdiyi qeyri-dost hərbi-siyasi addımlar regionda vəziyyətin daha da gərginləşməsinə gətirib çıxara bilər”.

Ordu.az xəbər verir ki, bunu Sankt-Peterburq Beynəlxalq Hüquq Forumunda KTMT Daimi Şurasının sədri Viktor Vasilyev bildirib.

O qeyd edib ki, Ermənistanda keçirilmiş seçkiləri də nəzərə alaraq Cənubi Qafqazdakı vəziyyətə xüsusi diqqət yetirmək lazımdır.

“ABŞ-nin Zəngəzur dəhlizinin təhlükəsizliyinin təmin olunması ilə bağlı planları, Avropa İttifaqı ölkələrinin Ermənistanı öz hərbi strukturlarına cəlb etmək niyyətləri, eləcə də regionda həyata keçirilən digər qeyri-dost addımlar perspektivdə vəziyyətin daha da gərginləşməsinə səbəb olacaq. Biz vəziyyəti nəzarətdə saxlayırıq”, - deyə Vasilyev vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KTMT   Ermənistan   Vasilyev  


Bizi "telegram"da izləyin