Rusiya Krivoy Roqa hücum edib: ölən və yaralananlar var

2023/06/1686634586.jpg
Oxunub: 222     14:49     23 İyun 2026    
Rusiya Ukraynanın Dnepropetrovsk vilayətinin Krivoy Roq şəhərinə hücum edib, nəticədə 3 nəfər ölüb, 19 nəfər yaralanıb.

Ordu.az xəbər verir ki, bu barədə Krivoy Roq Müdafiə Şurasının sədri Aleksandr Vilkul teleqram kanalında bildirib.

"Mülki infrastruktur obyektinə zərbə endirilib. Təəssüf ki, 3 nəfər həlak olub. Hazırda yaralıların sayı 19-a çatıb, onlardan beşi ağır vəziyyətdədir ", - o deyib.

Vilkul bildirilib ki, Rusiya şəhərə ballistik raketlərlə hücum edib.

Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəisi Aleksandr Qanja bildirib ki, Krivoy Roqa raket zərbəsi nəticəsində sənaye infrastrukturu zədələnib.

Onun sözlərinə görə, bir neçə yanğın baş verib və onlar xilasedicilər tərəfindən operativ şəkildə söndürülüb. İstismar olunmayan bina, ekskavator və avtomobil zədələnib.

Qanja əlavə edib ki, 30 və 39 yaşlarında iki yaralı kişi ağır vəziyyətdə, 62 yaşlı qadın isə son dərəcə ağır vəziyyətdədir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ukrayna  


Bizi "telegram"da izləyin