AP: İran hesab edir ki, ABŞ-nin hərbi hücumları bərpa olunmayacaq

2026/05/1779081080.jpg
Oxunub: 181     00:27     21 İyun 2026    
İran rəhbərliyi Amerika və İsrailin bir neçə həftəlik zərbələrindən sonra öz mövqelərinin dayanıqlığına əmindir və ABŞ tərəfindən hərbi kampaniyanın bərpa olunmasını az ehtimal olunan hesab edir.

Ordu.az xəbər verir ki, bu barədə "Associated Press" (AP) agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, İran hakimiyyəti hesab edir ki, ABŞ Prezidenti Donald Tramp hərbi əməliyyatların bərpası ilə bağlı hədələrini çətin ki həyata keçirsin, çünki Tehran Hörmüz boğazını bağlamaq və dünya iqtisadiyyatına təsir qabiliyyətini nümayiş etdirib.

Qeyd olunur ki, İran rəhbərliyi ABŞ və İsrail tərəfindən endirilən intensiv zərbələrə baxmayaraq, mövqelərini qoruyub saxlaya bildikdən sonra əminlik nümayiş etdirir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ  


Bizi "telegram"da izləyin