“Sky News”: Böyük Britaniyanın xarici işlər naziri Starmerə istefa verməli olduğunu deyib

2026/06/1782050019.jpg
Oxunub: 215     17:04     21 İyun 2026    
Böyük Britaniyanın xarici işlər naziri İvet Kuper Baş nazir Kir Starmerə istefa verməli olduğunu bildirib.

Ordu.az xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.

Telekanalın məlumatına görə, hökumətin ən yüksək vəzifəli üzvlərindən biri hesab olunan Kuper bu fikrini ötən həftəsonu Starmerə qapalı şəkildə çatdırıb.

Hazırda Baş nazir Kir Starmer Londonun Dauninq-Strit iqamətgahında deyil və ailəsi ilə birlikdə Çekersdə yerləşən rəsmi bağ evindədir.

Bir müddət əvvəl Böyük Britaniyanın biznes və ticarət naziri Piter Kayl “Sky News”a bildirib ki, o, cümə günündən etibarən Starmerlə danışmayıb.

Bununla belə, nazir qeyd edib ki, həmin gün onlar baş nazirin qarşılaşdığı problemlərlə bağlı açıq və səmimi söhbət aparıblar.

Bundan əvvəl “The Observer” qəzeti Kir Starmerin bazar ertəsi istefa verəcəyini açıqlaya biləcəyi barədə məlumat yayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   Starmer  


Bizi "telegram"da izləyin