"The Observer": Starmer iyunun 22-də istefasını açıqlaya verə bilər

2026/04/1776675723.jpg
Oxunub: 181     03:34     21 İyun 2026    
Böyük Britaniyanın Baş naziri Kir Starmer hakim Leyboristlər Partiyasının üzvləri arasında etimadın itirilməsi səbəbindən 22 iyunda istefasını açıqlaya bilər.

Ordu.az xəbər verir ki, bu barədə həftəlik "The Observer" qəzeti mənbələrə istinadən məlumat yayıb.

Mənbələrin məlumatına görə, Starmer kabinet nazirləri, müşavirlər, həmkarlar ittifaqı liderləri və Leyboristlər Partiyasının donorları ilə müzakirələrdən sonra artıq Dauninq strit 10 ünvanında vəzifəsini icra edə bilməyəcəyi qənaətinə gəlib.

Onun istefasını gələn həftə, ehtimal ki, 22 iyunda elan edəcəyi gözlənilir. Lakin nəşr qeyd edir ki, Starmer hakimiyyətin nizamlı şəkildə keçidini təmin etmək üçün istefası üçün vaxt çərçivəsi müəyyənləşdirmək niyyətindədir. Onun Leyboristlər Partiyasının konfransından əvvəl, sentyabrda rəsmən istefa verəcəyi ehtimal olunur.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Starmer   İstefa  


Bizi "telegram"da izləyin