ABŞ polisi xəstəxanada baş vermiş atışma ilə bağlı şübhəlini saxlayıb

2026/06/1781674237.jpg
Oxunub: 201     09:29     17 İyun 2026    
ABŞ polisi Delaver ştatının Uilminqton şəhərində yerləşən xəstəxanada baş vermiş atışma hadisəsində şübhəli bilinən 23 yaşlı şəxsi saxlayıb.

Ordu.az xəbər verir ki, bu barədə CNN telekanalı şəhər polis idarəsinə istinadən məlumat yayıb.

Bundan əvvəl Uilminqton şəhərinin polis rəisi Vilfredo Kampos Delaver ştatında yerləşən xəstəxanada baş vermiş atışma nəticəsində bir nəfərin öldüyünü bildirmişdi. O qeyd etmişdi ki, həmin vaxt şübhəli şəxs hələ də azadlıqda idi.

“23 yaşlı şəxs Filadelfiyada saxlanılıb. O, Uilminqton xəstəxanasında baş vermiş atışmada şübhəli bilinir. Hadəisə nəticəsində bir nəfər həlak olub, daha bir nəfər isə xəsarət alıb”, - deyə CNN-in məlumatında bildirilir.

Telekanalın qeyd etdiyi kimi, ilkin araşdırmanın nəticələri atışmanın “təcrid olunmuş insident” olduğunu göstərib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Polis   Delaver  


Bizi "telegram"da izləyin