Ordu.az xəbər verir ki, bu barədə Almaniya kansleri Fridrix Merts "G7" sammitində deyib.
"Biz həmişə töhfə verməyə hazır olduğumuzu demişik. Bundan əlavə, artıq bölgəyə ilk mina təmizləmə qayıqları və gəmiləri göndərmişik", - deyə o bildirib.
Merts vurğulayıb ki, Almaniya Yaxın Şərqdə sülhü təşviq etməyə hazırdır və İranla ABŞ arasında müvəqqəti razılaşma əldə edildikdən sonra regionda sülhün qorunması səylərində iştirak etməyə hazırdır.
Ordu.az