Şavkat Mirziyoyev: "Orta Dəhliz Özbəkistanın əsas nəqliyyat layihələrindən biridir"

2025/10/1759837098.jpg
Oxunub: 144     11:15     17 İyun 2026    
İrimiqyaslı infrastruktur təşəbbüslərinin həyata keçirilməsi Özbəkistana Asiya və Avropanı birləşdirən böyük nəqliyyat sisteminin bir hissəsi olmağa imkan verəcək.

Ordu.az-ın verdiyi məlumata görə, bu barədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Daşkənd Beynəlxalq İnvestisiya Forumunun açılış mərasimində bildirib.

Onun sözlərinə görə, ölkədə nəqliyyat-logistika infrastrukturu inkişaf etdirilir və regional bağlantı gücləndirilir.

"Əsas layihələr arasında Çin və Qırğızıstanın iştirakı ilə strateji dəmir yolunun tikintisi, cənub dəniz limanlarına çıxışı təmin edən Trans-Əfqanıstan dəhlizi üzərində iş, həmçinin Xəzər dənizi vasitəsilə Orta Dəhliz marşrutunun inkişafı yer alır", - o bildirib.

O qeyd edib ki, Mərkəzi Asiya getdikcə daha çox qarşılıqlı əlaqəli və açıq iqtisadi məkana çevrilir.

"Bundan başqa, Özbəkistanda səudiyyəli tərəfdaşlarla birgə ildə 20 milyonadək sərnişinə xidmət göstərmək üçün nəzərdə tutulan yeni Daşkənd beynəlxalq hava limanı inşa edilir", - o bildirib.

Prezident investorları sürətli avtomagistralların, logistika mərkəzlərinin və "quru limanların" tikintisi layihələrində iştirak etməyə dəvət edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Mirziyoyev   Orta-Dəhliz  


Bizi "telegram"da izləyin