Pekin Böyük Britaniyadan Çin şirkətlərinə qarşı sanksiyaların ləğvini tələb edib

2026/05/1779715722.jpg
Oxunub: 207     01:46     17 İyun 2026    
Çin Böyük Britaniyanın Rusiya əleyhinə sanksiyalar paketi çərçivəsində Çin şirkətlərinə qarşı tətbiq etdiyi məhdudiyyətləri pisləyib.

Ordu.az xəbər verir ki, bu barədə Çinin Böyük Britaniyadakı səfirliyinin bəyanatında deyilir.

Səfirlik bildirib ki, Pekin beynəlxalq hüquqa əsaslanmayan və Çin şirkətlərinin qanuni maraqlarına zərər vuran birtərəfli sanksiyalara qəti şəkildə qarşıdır. Çin tərəfi bu məsələ ilə bağlı Britaniya hökumətinə etirazını çatdırdığını vurğulayıb.

Bəyanatda, həmçinin qeyd olunub ki, Çin Ukrayna üzrə sülh danışıqlarını dəstəkləyir və ikili təyinatlı məhsulların ixracına ciddi nəzarət edir. Pekin Britaniyanı qərarına yenidən baxmağa və Çin şirkətlərinə qarşı sanksiyaları ləğv etməyə çağırıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   Britaniya  


Bizi "telegram"da izləyin