Ordu.az xəbər verir ki, V. Zelenski bu barədə “Obşçestvennoye” nəşrinin Tramp ilə ayrıca görüşün mümkünlüyünə dair sualını cavablandırarkən danışıb.
“Komandalarımız gün ərzində müxtəlif səviyyələrdə görüşəcəklər. Düşünürəm ki, prezidentlə ayrıca görüşəcəyik”, – deyə o bildirib.
Zelenski daha əvvəl G7 sammiti çərçivəsində ABŞ liderindən ballistik raketlərin tutulması sistemlərinin istehsalı üçün lisenziya istədiyini, lakin bu məsələ ilə bağlı qəti cavab almadığını söyləmişdi.
Ordu.az