FTB Ağ Ev yaxınlığında planlaşdırılan terror hücumlarının qarşısını alıb

2024/07/1721235619.jpg
Oxunub: 199     04:44     17 İyun 2026    
Federal Təhqiqatlar Bürosu (FTB) və digər hüquq-mühafizə orqanlarının əməkdaşları həftəsonu Ağ Evin ərazisində keçirilən “UFC America 250” qarışıq döyüş sənətləri turniri zamanı planlaşdırılan hücumların qarşısını alıblar.

Ordu.az xəbər verir ki, bu barədə FTB-nin direktoru Keş Patel məlumat verib.

“FTB və hüquq-mühafizə orqanlarının əməkdaşları iyunun 10-da Vaşinqtonda keçiriləcək “UFC America 250” tədbirinə potensial təhlükə ilə bağlı məlumat əldə ediblər. FTB, tərəfdaş qurumlar və Ədliyyə Nazirliyinin operativ tədbirləri nəticəsində bir neçə nəfər saxlanılıb, çoxştatlı əməliyyat zamanı isə planlaşdırılan hücumların qarşısı alınıb”, – deyə Patel bildirib.

Məlumata görə, əməliyyat çərçivəsində Ohio, Missuri və Kaliforniya ştatlarında beş nəfər saxlanılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: FTB   ABŞ  


Bizi "telegram"da izləyin