“Rosselxoznadzor” Ermənistan kənd təsərrüfatı məhsullarının idxalına qoyulan məhdudiyyətləri izah edib: “Bu, siyasətlə bağlı deyil”

2026/06/1781674118.jpg
Oxunub: 205     09:22     17 İyun 2026    
Ermənistan kənd təsərrüfatı məhsullarının tədarükünə tətbiq edilən məhdudiyyətlər siyasi səbəblərlə deyil, istehsalçılar tərəfindən keyfiyyətə effektiv nəzarətin olmaması ilə əlaqədardır.

Ordu.az xəbər verir ki, bu barədə “Rosselxoznadzor”un rəhbəri Sergey Dankvert “Rossiyskaya qazeta” nəşrinə müsahibəsində bildirib.

Qeyd edək ki, “Rosselxoznadzor” daha əvvəl 2026-cı il iyunun 12-dən etibarən Ermənistandan karantin nəzarətinə məruz qalan bütün məhsulların idxalını, eləcə də həmin məhsulların Rusiya ərazisindən keçməklə Avrasiya İqtisadi Birliyinə üzv ölkələrə tranzitini məhdudlaşdırdığını açıqlamışdı.

“Bizim müəssisələrlə uzunillik əməkdaşlıq tariximiz, laborator tədqiqatların nəticələri, tədarüklər və aşkar olunmuş pozuntularla bağlı məlumatlarımız var”, - deyə Dankvert bildirib.

Onun sözlərinə görə, Ermənistanın əsas problemi istehsalın və nəzarətin təşkil olunması ilə bağlıdır. Çoxlu sayda kiçik fermer məhsul yetişdirərək ixraca göndərir, lakin istehsal ilə tədarük arasında daxili nəzarət və kooperasiya sistemi faktiki olaraq mövcud deyil.

Dankvert qeyd edib ki, nəzarət orqanları fiziki baxımdan bu qədər məhsulu yoxlamaq imkanına malik deyil.

“Kooperasiya, istehsal nəzarəti və istehsalçı birliklərinin məsuliyyəti olduqda sistem səmərəli işləyir. Məhz bu, hazırda çatışmayan əsas amildir. Buna görə də tətbiq olunan məhdudiyyətlərin səbəbi məhsulların keyfiyyəti və təhlükəsizliyi ilə bağlıdır, siyasətlə yox”, - deyə o vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rosselxoznadzor   Ermənistan  


Bizi "telegram"da izləyin