“Seçki rüşvəti paylayan qüvvələrin siyasi təsir imkanları olmamalıdır” - Paşinyan

2026/06/1781608732.jpg
Oxunub: 181     17:24     16 İyun 2026    
“Ermənistanın qarşısında duran çağırışlar aktuallığını qoruyur və artıq tam aydın konturlar qazanıb”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan iyunun 16-da parlamentdə 2025-ci il dövlət büdcəsinin icrasına dair illik hesabatın təsdiqi məsələsinin müzakirəsi zamanı bildirib.

“Biz bu gün elə təminatlar yaratmalıyıq ki, seçki rüşvəti paylayan qüvvələrin Ermənistanda hər hansı siyasi təsir imkanına sahib olmaq şansı qalmasın”, - deyə Paşinyan vurğulayıb.

Onun sözlərinə görə, hazırkı parlament müxalifəti tamamilə qanunsuz fəaliyyət nəticəsində formalaşıb və Ermənistanın müvafiq dairələri gələcəkdə siyasi fəaliyyətlə məşğul olmaq imkanından məhrum etmək üçün qanuni hüququ var.

“Ermənistanda formalaşmış kriminal-oliqarxik sistemin kökündən çıxarılması prosesi təbii olaraq, o cümlədən xarici təsirlərlə müşayiət olunub və olunmalı idi. Bu təsirlər Ermənistanın təhlükəsizliyi üçün müəyyən təhdidlər yarada bilərdi. Elə vəziyyətlər olub ki, müəyyən həddə çataraq başa düşmüşük ki, həmin təsirlərin davam etməsi Ermənistan üçün təhlükəsizlik sahəsində kəskin təhdidlər və hətta ekzistensial nəticələr doğura biləcək əks reaksiyalara səbəb ola bilər”, - deyə hökumət başçısı bildirib.

Paşinyan əlavə edib ki, hazırda həmin risklər aradan qaldırılıb və artıq mövcud deyil.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin