Tramp İranda hakimiyyət dəyişikliyi istəmədiyini bildirib

2026/05/1779950914.jpg
Oxunub: 162     16:37     16 İyun 2026    
ABŞ Prezidenti Donald Tramp başqa ölkələrdə, xüsusilə də İranda hakimiyyət dəyişikliyi cəhdlərinin effektivliyinə inanmadığını bəyan edib.

Ordu.az xəbər verir ki, ABŞ lideri bu barədə Fransada keçirilən G7 sammiti çərçivəsində danışıb.

“Mən hakimiyyət dəyişikliklərinə inanmıram. İllər ərzində belə cəhdlərin şahidi olmuşam. Onlar heç vaxt nəticə vermir. Bu proses öz-özünə baş verməlidir”, - deyə Tramp bildirib.

O əlavə edib ki, hakimiyyət dəyişikliyi ideyası onu heç vaxt maraqlandırmayıb və bu, əvvəlcədən planlarının bir hissəsi olmayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   ABŞ   İran  


Bizi "telegram"da izləyin