Tramp İranın hazırkı rəhbərliyini ağıllı hesab edir

2025/02/1740594650.jpg
Oxunub: 197     15:12     16 İyun 2026    
ABŞ Prezidenti Donald Tramp İranın hazırkı rəhbərliyini ağıllı hesab etdiyini və onun nümayəndələri ilə işləməyin xoş olduğunu bildirib.

Ordu.az xəbər verir ki, bu barədə o, Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə görüşü zamanı danışıb.

Ağ Evin internet səhifəsində yayımlanan mətbuat açıqlamasında Tramp bildirib ki, hazırda çox ağıllı hesab etdiyi və işləməyin xoş olduğu insanlarla təmasdadır.

“Onlar güclü və ağıllı insanlardır”, - deyə ABŞ lideri vurğulayıb.

Trampın fikrincə, Tehranın hazırkı nümayəndələri öz sələfləri ilə müqayisədə daha az radikaldırlar və ölkələrinə fayda verməyə çalışırlar.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   ABŞ   İran  


Bizi "telegram"da izləyin