Ordu.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Amerikalı danışıqlarçılar yaxın vaxtlarda gələcəklər, lakin dəqiq tarixlər hələ yoxdur. Bildiyiniz kimi, amerikalılar hazırda razılaşdırılmış memorandumun hazırlanması və imzalanması ilə məşğuldurlar. Bizim məlumatımıza görə, imzalanma bu həftənin sonunda İsveçrədə nəzərdə tutulub. Bundan sonra onların Moskvaya mümkün səfəri məsələsi də gündəmə gələ bilər”, - deyə Kremlin nümayəndəsi qeyd edib.
Sevinc Əliyeva
Ordu.az