Tramp Zelenski ilə görüşdüyünü və bu gün yenidən görüşəcəyini bildirib

2025/10/thumb-1760779214.jpg
Oxunub: 180     16:31     16 İyun 2026    
ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenski ilə artıq görüşdüyünü və gün ərzində onunla yenidən görüş keçirəcəyini açıqlayıb.

Ordu.az xəbər verir ki, Tramp bu barədə Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə görüşü zamanı danışıb.

“Biz artıq görüşmüşük və hər şey çox yaxşı keçib. Bu gün daha sonra onunla yenidən görüşəcəyəm”, - deyə ABŞ lideri bildirib.

O əlavə edib ki, Vaşinqton hazırda İran ətrafında formalaşmış vəziyyətə diqqət ayırır, Ukrayna məsələsi isə hələlik ikinci planda qalacaq.

“Biz İrana fokuslanmışıq və bu məsələ arxa planda qalacaq”, - deyə Tramp qeyd edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Zelenski  


Bizi "telegram"da izləyin