Nikol Paşinyana görə parlamentin iclası dayandırılıb

2026/06/1781608732.jpg
Oxunub: 188     15:09     16 İyun 2026    
Bu gün Ermənistan parlamentinin növbəti iclası fasilədən əvvəl dayandırılıb.

Ordu.az xəbər verir ki, buna səbəb həmin vaxt baş nazir Nikol Paşinyanın çıxış etməli olması, lakin onun iclas zalında olmaması olub.

Hakim “Vətəndaş Müqaviləsi” partiyasından olan deputatlar vəziyyətdən çıxış yolunu iclasın dayandırılmasında görüblər.

Qeyd edək ki, parlamentdə Ermənistanın 2025-ci il dövlət büdcəsinin icrası ilə bağlı illik hesabat müzakirə olunur.

Xatırladaq ki, bu, fəaliyyətini başa vuran parlamentin son dördgünlük iclasıdır. Yeni parlament ilk iclasını avqustun 2-də keçirəcək.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin