“Ermənistan ilə Azərbaycan arasında münaqişə başa çatıb” - Paşinyan

2026/06/1781613559.jpg
Oxunub: 216     16:34     16 İyun 2026    
“Ermənistan ilə Azərbaycan arasında münaqişə başa çatıb”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan iyunun 16-da parlamentin iclasında, 2025-ci il dövlət büdcəsinin icrasına dair illik hesabatın təsdiqi məsələsinin müzakirəsi zamanı bildirib.

“2026-cı il seçkilərinin nəticələrinə əsasən Ermənistan xalqı sülhə sahib çıxdı”, - deyə erməni hökumət başçısı vurğulayıb.

Paşinyanın sözlərinə görə, Ermənistan ilə Azərbaycan arasında sülhün bərqərar olması artıq iqtisadi inkişafın sürətlənməsinə təkan verib.

“İnsanlar iqtisadi artımı gündəlik həyatlarında hiss etməlidirlər. Məhz buna görə Ermənistanda pensiyaların artırılması barədə qərar qəbul etmişəm”, - deyə Ermənistanın baş naziri bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin