Ermənistanın sabiq müdafiə naziri tibbi mərkəzdə müayinədən keçir

2026/06/1781270527.jpg
Oxunub: 168     17:21     12 İyun 2026    
Ermənistan parlamentinin “Hayastan” fraksiyasının rəhbəri, ölkənin sabiq müdafiə naziri Seyran Ohanyanın hazırda tibbi mərkəzdə olduğu bildirilib.

Ordu.az xəbər verir ki, bu barədə “Paktinfo”ya Ermənistan parlamentinin “Hayastan” fraksiyasından məlumat verilib.

Məlumata görə, Seyran Ohanyan tibbi müayinədən keçir. Qarabağ müharibəsi zamanı aldığı xəsarətlər nəticəsində əlilliyi olan keçmiş erməni müdafiə naziri sümük kövrəkliyi riskinin azaldılması məqsədilə mütəmadi müalicəyə ehtiyac duyur.

Qeyd edək ki, daha əvvəl Ermənistanın Antikorrupsiya Məhkəməsinin sözçüsü Armine Navruzyan “1 Mart” işi üzrə təqsirləndirilən şəxs qismində keçən Seyran Ohanyanın məhkəmə iclasına gəlmədiyini açıqlamışdı.

Bununla əlaqədar hakim onun məcburi qaydada məhkəməyə gətirilməsi barədə qərar qəbul etmişdi.

Xatırladaq ki, Ermənistanın ikinci prezidenti Robert Köçəryan və onun keçmiş tabeliyində olan şəxslər 2021-ci ildə bəraət almışdılar. Buna səbəb Konstitusiya Məhkəməsinin Köçəryana qarşı irəli sürülmüş konstitusiya quruluşunun devrilməsi ittihamını konstitusiyaya zidd hesab etməsi olmuşdu.

Daha sonra Kassasiya Məhkəməsi həmin qərarı ləğv edərək işi yenidən baxılması üçün aşağı instansiyaya qaytarmışdı.

Yeni araşdırma çərçivəsində Köçəryan və keçmiş əməkdaşları vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunurlar. Lakin bu maddə üzrə cinayət təqibi müddətinin artıq başa çatdığı bildirilir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Ohanyan  


Bizi "telegram"da izləyin