CENTCOM: Hörmüzün blokadası başlayandan bəri ABŞ 136 gəminin marşrutunu dəyişdirib

2026/05/1779948718.jpg
Oxunub: 192     17:20     12 İyun 2026    
Hörmüz boğazının blokadası başlayandan bəri ABŞ tərəfindən 136 kommersiya gəmisinin marşrutu dəyişdirilib, məhdudiyyətlərdən yan keçməyə cəhd edən 9 gəmi isə sıradan çıxarılıb.

Ordu.az-ın məlumatına görə, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) "X" sosial şəbəkəsindəki məlumatında deyilir.

"ABŞ Hərbi-Dəniz Qüvvələri və aviasiyası İrana qarşı blokadaya riayət olunmasını təmin etmək üçün regional sularda patrul xidmətini davam etdirir. Bu günə qədər ABŞ qüvvələri tələblərin yerinə yetirilməsini təmin etmək üçün 136 kommersiya gəmisinin istiqamətini dəyişdirib və 9 gəmini sıradan çıxarıb", - CENTCOM-un paylaşımında qeyd olunur.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: CENTCOM   Hörmüz   ABŞ  


Bizi "telegram"da izləyin